Taekvondo Qran Pri Final yarışından Türkiyəyə bürünc medal

Türkiyə Taekvondo Federasiyasının məlumatına görə ...

2071949
Taekvondo Qran Pri Final yarışından Türkiyəyə bürünc medal

 

  İngiltərənin Mançester şəhərində keçirilən Taekvondo Qran Pri Final yarışlarında mübarizə aparan Türkiyə milli atleti Merve Dinçel Kavurat bürünc medal qazanıb.

  Türkiyə Taekvondo Federasiyasının məlumatına görə, Paris 2024 Olimpiya Oyunlarına kvota xalı verən bu sonuncu idman tədbirində Türkiyəni 7 idmançı təmsil edib.

  Qadınlar arasında 49 kiloqram çəki dərəcəsində Merve Dinçel Kavurat bürünc medal qazanıb.

  Bu idman tədbirilə 2024-cü il Paris Olimpiya Oyunlarında taekvondo üzrə xal prosesi başa çatıb.

  Dünya Taekvondo Federasiyasının açıqlayacağı rəsmi reytinqdən sonra oyunlara birbaşa kvota alan bütün idmançılar bəlli olacaq.



Әlaqәli Xәbәrlәr