Türkiye, İspaniya və Şotlandiya milliləri final mərhələsinə vəsiqə qazandılar

Dörd qrupda ümumilikdə 8 oyun keçirildi.

2051195
Türkiye, İspaniya və Şotlandiya milliləri final mərhələsinə vəsiqə qazandılar

AVRO-2024-ün seçmə mərhələsində VIII tura start verildi.

Dörd qrupda ümumilikdə 8 oyun keçirildi.

D qrupunda yer alan Türkiye millisi doğma meydanda Latviyanı böyük hesabla məğlub edərək, final mərhələsinə vəsiqə qazandı.

A qrupundan da iki komanda Almaniyada təşkil olunacaq qitə birinciliyinə yollanmaq hüququna yiyələndı. İspaniya səfərdə Norveçi məğlub etməklə həm özünün, həm də Şotlandiyanın AVRO-2024-də iştirakını rəsmiləşdirdi.

AVRO-2024-ün seçmə mərhələsi
VIII tur
15 oktyabr

A qrupu
Gürcüstan – Kipr 4:0
Norveç – İspaniya 0:1
Xal durumu: İspaniya – 15 xal (6 oyun), Şotlandiya – 15 (6), Norveç – 10 (7), Gürcüstan – 7 (6), Kipr – 0 (7)

D qrupu
Türkiye - Latviya 4:0
Uels – Xorvatiya 2:1
Xal durumu: Türkiye - 16 (7), Uels – 10 (6), Xorvatiya – 10 (6), Ermənistan – 7 (6), Latviya – 3 (7)

E qrupu
Çexiya – Farer adaları 1:0
Polşa – Moldova 1:1
Xal durumu: Albaniya – 13 (6), Çexiya – 11 (6), Polşa – 10 (7), Moldova – 9 (6), Farer adaları – 1 (7)

İ qrupu
İsveçrə - Belarus 3:3
Rumıniya – Andorra 4:0
Kosovo – İsrail oyunu təxirə salınıb.
Xal durumu: Rumıniya – 16 (8), İsveçrə - 15 (7), İsrail – 11 (6), Kosovo – 7 (7), Belarus – 6 (8), Andorra – 2 (8)



Әlaqәli Xәbәrlәr