Serbiyadakı Güləş üzrə Dünya Çempionatında Türkiyə milliləri

Tədbirin ikinci günündə 125 kiloqram çəki dərəcəsində Türkiyənin sərbəst güləşçisi Taha Akgül bürünc medal uğrunda macarıstanlı Daniel Ligeti ilə qarşı-qarşıya gəlib ...

2038623
Serbiyadakı Güləş üzrə Dünya Çempionatında Türkiyə milliləri

 

  Serbiyanın paytaxtı Belqradda güləş üzrə dünya çempionatı davam edir.

  Tədbirin ikinci günündə 125 kiloqram çəki dərəcəsində Türkiyənin sərbəst güləşçisi Taha Akgül bürünc medal uğrunda macarıstanlı Daniel Ligeti ilə qarşı-qarşıya gəlib.

  Görüşdə 5:0 hesabı ilə qalib gələn Taha Türkiyə millisi adından çempionatın ilk medalını qazanıb və bununla olimpiya oyunlarında iştirak etmək hüququ əldə edib.

  İkinci günün səhər sessiyasında sərbəst gülə üzrə 57, 74, 79 və 92 kiloqram çəki dərəcələrində təsnifat görüşləri keçirilib. Türkiyəni 57 kiloda Süleyman Atlı, 74 kiloda Soner Dəmirtaş, 79 kiloda Ramazan Sarı və 92 kiloda Feyzullah Aktürk təmsil edir.

  Türkiyənin üç idmançısı mübarizədən kənarlaşdırılıb. Feyzullah Aktürk isə cavab görüşünə vəsiqə qazanaraq bürünc medal şansını davam etdirib.



Әlaqәli Xәbәrlәr