Konfrans Liqasında rəqiblər bəlli oldu

UEFA Avropa Konfrans Liqasının qrup oyunlarından əvvəl sonuncu seçmə mərhələnin pley-off mərhələsinin püşkü atılıb.

2021646
Konfrans Liqasında rəqiblər bəlli oldu

UEFA Avropa Konfrans Liqasının qrup oyunlarından əvvəl sonuncu seçmə mərhələnin pley-off mərhələsinin püşkü atılıb.

UEFA-nın İsveçrənin Nyon şəhərindəki mənzil-qərargahında keçirilən püşkatma nəticəsində “Fənərbaxça”, “Beşiktaş” və “Adana Dəmirspor”un mümkün rəqibləri müəyyənləşib.

Buna görə, 3-cü təsnifat mərhələsini keçsələr, “Beşiktaş” “Aris” (Yunanıstan) – “Dinamo” Kiyev (Ukrayna), “Fənərbağça” isə “Tvente” (Hollandiya) – “Riqa” (Latviya) komandalarının qalibi ilə qarşılaşacaq.

"Yukatel Adana Dəmirspor" pley-off mərhələsinə yüksəlsə, Avropa Liqasından "Olimpiakos" (Yunanıstan) - "Genk" (Belçika) matçında uduzan tərəfin rəqibi olacaq.

“Beşiktaş” III təsnifat mərhələsində Azərbaycanın “Neftçi”, “Fənərbağça”, Sloveniyanın “Maribor” və “Yukatel Adana Dəmirspor” Xorvatiyanın “Osiyek” komandası ilə qarşılaşacaq.

Avropa Konfrans Liqasının seçmə mərhələsində pley-off mərhələsinin ilk oyunları avqustun 24-də, cavab görüşləri isə avqustun 31-də keçiriləcək.



Әlaqәli Xәbәrlәr