Ən bahalı müdafiəçilər siyahısı

“Ən bahalı müdafiəçilər siyahısı”nda ilk 10-luqda Premyer Liqanın 6 klubu var

2021279
Ən bahalı müdafiəçilər siyahısı

 

  Yosko Qvardiol (Josko Qvardiol) futbol tarixinin ən bahalı müdafiəçisi oldu.

  “Manchester City” Almaniyanın “Leipzig” komandasına 21 yaşlı futbolçunu rənglərinə bağlamaq üçün 90 milyon avro ödəyib. Bununla da xorvatiyalı müdafiəçi ən çox transfer haqqı alan müdafiəçi olub.

  Siyahıda ikinci yerdə Harri Maquayr (Harry Maguire) qərarlaşıb. İngilis müdafiəçi 2019-2020-ci il mövsümündə "Leicester City"dən "Manchester United"ə 87 milyon avroya transfer olub.

  Siyahıda üçüncü yeri 85 milyon yarım avro ilə Matteys de Liqt (Matthijs de Ligt) tutur. "Juventus" holland futbolçunu 2019-2020-ci il mövsümündə "Ajax"dan transfer edib.

  Dördüncü yerdə idman tarixinin ən yaxşı müdafiəçilərindən sayılan Vircil van Deykdir (Virgil van Dijk). "Liverpul" 2017-2018-ci il mövsümündə hollandiyalı futbolçu üçün "Southampton"a 84 milyon yarım avro ödəyib.

  İlk beşliyin sonuncu pilləsində 80 milyon yarım avro ilə Uesli Fofanadır (Wesley Fofana). Gənc mərkəz müdafiəçisi ötən mövsümün əvvəlində “Leicester City”dən “Chelsea”yə keçmişdi.

  “Ən bahalı müdafiəçilər siyahısı”nda ilk 10-luqda Premyer Liqanın 6 klubu var. İngiltərə komandaları bu futbolçular üçün ümumilikdə 479 milyon avro xərcləyib.
 



Әlaqәli Xәbәrlәr