R.T.Ərdoğan 3-cü dəfə çempion olan komandanı təbrik etdi

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan CEV Avropa Qızıl Liqasında 3-cü dəfə çempion olan Kişi Milli Voleybol Komandasını təbrik edərək “twitter” hesabından bunları paylaşıb...

2004437
R.T.Ərdoğan 3-cü dəfə çempion olan komandanı təbrik etdi

 

  Türkiyənin Kişi Voleybol Milli Komandası Xorvatiyada keçirilən 2023 CEV Avropa Qızıl Liqası Dördlər Finalında Ukraynanı 3-2 hesabı ilə məğlub edərək çempion olub. Bu nəticə ilə Türkiyə bu idman yarışında 3-cü çempionluğunu əldə edib və iyulun 27-30 tarixlərində Qətərdə keçiriləcək “FİVB Challenger” kubokuna vəsiqə qazanıb.

  “FİVB Challenger” kubokunda çempion ölkə 2024 FİVB Millətlər Liqasına (VNL) bilet alacaq.

    Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan CEV Avropa Qızıl Liqasında 3-cü dəfə çempion olan Kişi Milli Voleybol Komandasını təbrik edərək “twitter” hesabından bunları paylaşıb: "CEV Avropa Qızıl Liqasının Finalında Ukrayna komandasını 3-2 hesabı ilə məğlub edərək 3-cü dəfə çempionluq qazanan Milli Kişi Voleybol Komandamızı – şəbəkənin igidlərini (Filenin Efeleri) ürəkdən təbrik edirəm".  



Әlaqәli Xәbәrlәr