“Qalatasaray” sona iki tur qalmış çempionluğu rəsmiləşdirib

Türkiye Super Liqasında 36-cı turun oyunları keçirilib.

1993210
“Qalatasaray” sona iki tur qalmış çempionluğu rəsmiləşdirib

TRT spor xəbər verir ki turun  bütün oyunları eyni gündə baş tutub.

Səfərdə “Ankaragücü” ilə qarşılaşan “Qalatasaray” darmadağınla qalib gələrək sona iki tur qalmış çempionluğu rəsmiləşdirib.

Ankaragücü – Qalatasaray 1:4

Qol: Milson, 16 – İkardi, 7; 38. B.Yılmaz, 73. Oliveyra, 78.

Bu, İstanbul təmsilçisinin sayca 23-cü çempionluğudur.

“Fənərbaxça” da “Antalyaspor”u 2 cavabsız qolla üstələyib. Ötən mövsümün qalibi “Trabzonspor” isə səfərdə “Girəsunspor” üzərində qələbəyə sevinib.

 



Әlaqәli Xәbәrlәr