Ziraat Türkiye Kubokunun yarımfinal oyunları davam edir

TRT spor xəbər verir ki “Fənərbaxça” yarımfinal mərhələsinin ilk oyununda bu gün səfərdə “Dəmir Qrup Sivasspor”la qarşılaşacaq.

1981902
Ziraat Türkiye Kubokunun yarımfinal oyunları davam edir

Sivas 4 Eylül Stadionunda oynanılacaq qarşılaşma Türkiyə vaxtı ilə saat 20.30-da başlayacaq.

Spor Toto Super Liqada keçirilən son matçda Dəmir Qrup Sivassporu 3-1 hesabı ilə məğlub edərək çempionluq yarışını davam etdirən sarı-göylü komanda kubokda yoluna davam etmək istəyir.

Baş məşqçi Xorxe Jesusun idarə etdiyi “Fənərbağça” aprelin 6-da oynanan 1/4 final matçında evdə “Yukatel Kayserispor”u 4:1 hesabı ilə məğlub edərək, yarımfinalda Sivas təmsilçisinin rəqibi olub.



Әlaqәli Xәbәrlәr