“Fənərbaxça” evdə xal itirdi

Türkiyə Super Liqasında 31-ci tura yekun vurulub

1978921
“Fənərbaxça” evdə xal itirdi

TRT spor xəbər verir ki, dünən daha 3 görüş baş tutub.

“Fənərbaxça” evdə “İstanbulspor”la üz-üzə gəlib. Altı qolluq oyunda qalib müəyyənləşməyib.

Fənərbaxça – İstanbulspor 3:3

Qol: A.Güler, 25; 51. J.Pedro, 71 – Ethemi, 57-pen; 66. Eze, 90+6.

“Girəsunspor” - “Başakşəhər” və “Antalyaspor” - “Sivasspor” görüşləri qonaqların qələbəsiylə yekunlaşıb.

Hazırda 70 xala malik “Qalatasaray” vahid liderdir. “Fənərbaxça” 64 xalla ikinci, “Beşiktaş” 62 xalla üçüncü pillədə qərarlaşıb. “Adana Dəmirspor”un 57, “Başakşəhər”in 48, “Trabzonspor” və “Kayserispor”un 45 xalı var.

 



Әlaqәli Xәbәrlәr