"Qalatasaray" Türkiye Kuboku ilə vidalaşdı

Futbol üzrə Türkiye Kubokunda 1/4 final mərhələsinin daha bir oyunu keçirildi.

1970609
"Qalatasaray" Türkiye Kuboku ilə vidalaşdı

Futbol üzrə Türkiye Kubokunda 1/4 final mərhələsinin daha bir oyunu keçirildi.

"Qalatasaray" NEF stadionunda "Başakşehir"i qəbul etdi. Rəqibinə 2:3 hesabı ilə uduzan "Qalatasaray" mübarizəni dayandırdı.

Matçda ilk qolu qonaqlar vurdular. Patrik Şiş 12-ci dəqiqədə hesabı açdı. Meydan sahibləri 20-ci dəqiqədə tarazlığı bərpa etdilər. 30-cu dəqiqədə Emre Belözoğlunun baş məşqçi olduğu kollektiv Daniel Aleksiçin qolu ilə yenidən önə keçdi. 9 dəqiqə sonra 43 yaşlı mütəxəssis qırmızı vərəqə ilə texniki zonadan qovuldu. 51-ci dəqiqədə "Cim-Bom"un heyətində Mauro İkardi hesabı bərabərləşdirdi.66-cı dəqiqədə daha bir dəfə fərqlənən Şiş komandasını yarımfinala daşıdı.

Qeyd edək ki, "Başakşehir" finala gedən yolda "Ankaragücü" ilə qarşılaşacaq. "Qalatasaray" isə Türkiye Kuboku ilə vidalaşdı.



Әlaqәli Xәbәrlәr