Azərbaycanlı idmançı Gürcüstanın birincisi oldu

İmran Məmmədov bildirib ki, azərbaycanlı idmançılar indi beynəlxalq miqyaslı yarışlara hazırlaşır

1965173
Azərbaycanlı idmançı Gürcüstanın birincisi oldu

 

  Gürcüstanın Kareli bölgəsində idmanın Braziliya ciu-citsusu növü üzrə ölkə çempionatı keçirilib.

  AZƏRTAC informasiya agentliyi xəbər verir ki, çempionatda Gürcüstanın şəhər və rayonlarından 100-dək idmançı iştirak edib.

  Marneulidən olan gənc azərbaycanlı idmançı İmran Məmmədov 100 kiloqram (kq) çəki dərəcəsində birinci yeri tutub.

  Bundan başqa, məşqçi və idmançı İmran Məmmədovun yetirmələri Ramazan Vəliyev 80 kiloqram çəki dərəcəsində, Vusal Abılov 55 kiloqramda 2-ci yerə, Samir İsayev isə (70 kq) 3-cü yerə sahib olublar.

  İmran Məmmədov bildirib ki, azərbaycanlı idmançılar indi beynəlxalq miqyaslı yarışlara hazırlaşır. Onlar üçün beynəlxalq turnirlərdə iştirak etmək və qalib gəlmək qarşıda duran ən başlıca məqsəddir.

  Qeyd edək ki, gənc idmançılar İnkişaf və Təhsil Mərkəzinin nəzdində öz fəaliyyətlərini davam etdirirlər.

 



Әlaqәli Xәbәrlәr