“Fenerbahçe Beko” “EA7 Emporio Armani Milan” ilə üz-üzə gələcək

Basketbol üzrə THY Avropa Liqasının 24-cü həftəsindən təxirə salınan qarşılaşma bu gün oynanacaq.

1962558
“Fenerbahçe Beko” “EA7 Emporio Armani Milan” ilə üz-üzə gələcək

TRT spor xəbər verir ki “Fenerbahçe Beko” bu gün İtaliyanın “EA7 Emporio Armani Milan” komandasını qəbul edəcək.

Qarşılaşma Türkiye vaxtı ilə saat 20:15-də başlayacaq.

Liqanın 5-ci pilləsində qərarlaşan “sarı-göylülər” ötən həftə “Valensiya” ilə üz-üzə gəldiyi qarşılaşmada 82-80 hesabı ilə məğlub olub.

Qeyd edək ki bu mövsüm Ataşehirdə 14 matça çıxan “Fənərbaxça Beko” 10 dəfə meydandan qalib ayrılıb. “EA7 Emporio Armani Milan” isə liqada 13-cü pillədə qərarlaşıb.

 



Әlaqәli Xәbәrlәr