“Fənərbaxça” turu inamlı qələbə ilə başa vurub

Türkiye Super Liqasında 26-cı tura yekun vurulub.

1961931
“Fənərbaxça” turu inamlı qələbə ilə başa vurub

TRT spor xəbər verir ki, son gün daha 3 görüş baş tutub.

“Alanyaspor”un qonağı olan “Fənərbaxça” turu inamlı qələbə ilə başa vurub.

Alanyaspor – Fənərbaxça 1:3

Qol: Kuluris, 4 – E.Valensiya, 65-pen; 85-pen. E.Mor, 90+2.

“Fatih Karagümrük” - “Başakşəhər” matçında qalib müəyyənləşməyib. “Sivasspor” evdə “Ankaragücü” ilə oyundan inamlı qələbə ilə ayrılıb.

Hazırda 60 xala malik “Qalatasaray” vahid liderdir. “Fənərbaxça” 54 xalla ikinci, “Beşiktaş” 49 xalla üçüncü pillədə qərarlaşıb. “Adana Dəmirspor” 45, “Başakşəhər” və “Trabzonspor” 41 xal toplaya bilib

 



Әlaqәli Xәbәrlәr