“Fənərbaxça” “Sevilya” ilə üz-üzə gələcək

Avropa Liqasında 1/8 final mərhələsinin cavab oyunları keçiriləcək.

1960437
“Fənərbaxça” “Sevilya” ilə üz-üzə gələcək

TRT spor xəbər verir ki, baş tutacaq matçlardan sonra 1/4 finalda yoluna davam edəcək 8 komanda müəyyənləşəcək.

Türkiyenin yeganə təmsilçisi “Fənərbaxça” İspaniyada iki cavabsız qolla məğlub olduğu “Sevilya”dan bunun revanşını almağa çalışacaq.

Türkiyə vaxtı ilə saat 20.45-də Ülkər stadionunda oynanacaq qarşılaşmanı İngiltərə Futbol Federasiyasından referi Maykl Oliver idarə edəcək.

Turnirin favoritlərindən sayılan İngiltərə təmsilçiləri “Mançester Yunayted” səfər, “Arsenal” isə ev oyununa çıxacaq. İtaliya klubları “Yuventus” və “Roma” səfərdə mərhələ adlamağa çalışacaqlar.

 

 



Әlaqәli Xәbәrlәr