Voleybolçu Melissa Varqas ilk dəfə milli forma ilə oynayacaq

TRT spor xəbər verir ki Sultanlar Liqası komandalarından "Fənərbaxça Opet"in Türkiyə vətəndaşı olan kuba əsilli ulduz voleybolçusu Melissa Varqas artıq millidə oynaya biləcək.

1956330
Voleybolçu Melissa Varqas ilk dəfə milli forma ilə oynayacaq

Türkiye vətəndaşlığı üçün müraciəti qəbul edildikdən sonra 2021-ci ilin aprel ayında prezident Rəcəb Tayyib Ərdoğandan Türkiyə Respublikası şəxsiyyət vəsiqəsini alan Varqas milli komandada oynamaq üçün tələb olunan gözləmə müddətini tamamlayıb.

Qeyd edək ki, Milli komanda FIVB Millətlər Liqasının ilk turuna 31 may-4 iyun tarixlərində Antalyada ev sahibliyi edəcək.

23 yaşlı uğurlu futbolçu mayın 31-də Cənubi Koreya ilə keçiriləcək matçda ilk dəfə milli forma ilə meydana çıxacaq.



Әlaqәli Xәbәrlәr