“Fənərbaxça Opet” Polşa təmsilçisinə qalib gəlib

CEV Qadınlar Çempionlar Liqasının pley-off mərhələsinin oyunları keçirilir.

1954128
“Fənərbaxça Opet” Polşa təmsilçisinə qalib gəlib

TRT spor xəbər verir ki, CEV Qadınlar Çempionlar Liqasının pley-off mərhələsinin cavab matçında “Fənərbaxça Opet” Polşa təmsilçisi Azoty Chemik Police ilə qarşılaşıb.

“Fənərbaxça Opet” meydana “Türkiyə üçün əl-ələ, birlikdə güclüyük” yazılı pankartla çıxıb.

Burhan Fələk Voleybol Salonunda keçirilən qarşılaşmada “Fənərbaxça Opet” 3-1 qalib gəlib. Təmsilçimiz 1/4 finalda klublararası dünya çempionatının çempionu İtaliya təmsilçisi “A.Carraro İmoko Conegliano” ilə qarşılaşacaq.



Әlaqәli Xәbәrlәr