Merih Dəmiralın İtaliyada başlatdığı kampaniyaya dəstək artaraq davam edir

Atalantada forma geyinən milli futbolçu Merih Dəmiralın zəlzələ qurbanları üçün başlatdığı kampaniyada ianə məbləği 8 milyon TL-yə çatır.

1946014
Merih Dəmiralın İtaliyada başlatdığı kampaniyaya dəstək artaraq davam edir

TRT spor xəbər verir ki Merih Dəmiral Twitter hesabında kampaniya ilə bağlı məlumat verib. O bildirir ki zəlzələ qurbanları üçün hərraca çıxarılan Kərim Benzema və Harri Keynin formaları 1 milyon 250 min TL-yə satılıb.

Milli futbolçumuzun təşəbbüsü ilə PSJ-dən Lionel Messi və Kilian Mbappe, “Mançester Siti”dən Erlinq Haaland, “Əl-Nəsr”dən Kriştiano Ronaldo, Romadan Paulo Dibala, “Atletiko Madrid”dən Antuan Qrizmann kimi məşhur futbolçuların formaları zəlzələdən zərərçəkənlərə yardım üçün hərraca çıxarılıb.



Әlaqәli Xәbәrlәr