FIFA 2022-ci ilin ən yaxşı futbolçusu adına namizədləri açıqladı

FIFA ilin ən yaxşı futbolçusuna verilən “The Best” mükafatına namizədləri açıqlayıb.

1932295
FIFA 2022-ci ilin ən yaxşı futbolçusu adına namizədləri açıqladı

TRT spor xəbər verir ki, 2022-ci ilin ən yaxşı oyunçusu mükafatına namizədlər bunlardır: Xulian Alvares, Cyud Belinqhem, Kərim Benzema, Kevin De Bröyne, Erlinq Holan, Əşrəf Hakimi, Robert Levandovski, Sadio Mane, Kilian Mbappe, Lionel Messi, Luka Modriç, Neymar, Məhəmməd Salah, Vinisius Junior.

Səsvermə FIFA-nın rəsmi saytında keçirilir və fevralın 3-dək davam edəcək. Daha sonra FIFA 3 finalçının adını açıqlayacaq. Qalib fevralın 27-də "The Best" FIFA Football Awards mərasimində elan olunacaq.



Әlaqәli Xәbәrlәr