“Liverpul” səfərdə uduzdu

TRT spor xəbər verir ki, turun açılış görüşündə “Brentford” “Liverpul”u qəbul edib.

1927072
“Liverpul” səfərdə uduzdu

İngiltərə Premyer Liqasının 19-cu turu çərçivəsində keçirilmiş “Brentford”la səfər oyunu “Liverpul”un hücumçusu Aleks Oksleyd Çemberlen üçün əlamətdar olub.

1:3 hesablı məğlubiyyətə üzüldükləri görüşdə komandasının təsəlli qolunu məhz Çemberlen vurub.

Bu oyun onun “Liverpul”dakı 100-cü Premyer Liqa matçı kimi tarixə düşüb. Nəticədə Aleks İngiltərə çempionatındakı 100-ci oyununda qol vurmağı bacaran 8-ci oyunçu olub. 

Bu uğura son olaraq Məhəmməd Salah imza atmışdı. Misirli hücumçu buna 2020-ci ilin martında nail olmuşdu

Xatırladaq ki, bu mövsüm “Liverpul”un heyətində cəmi 7 oyun keçirmiş Oksleyd Çemberlen, ilk qoluna imza atıb.



Әlaqәli Xәbәrlәr