Türkiye Super Liqasında 14-cü tur, bir qarşılaşma təxirə salınaraq tamamlandı
TRT spor xəbər verir ki, Dünən daha 3 qarşılaşma baş tutub. Beşiktaş matçı təxirə salınıb.
Altı qolun qeydə alındığı “Fatih Karagümrük” - “Qaziantep” matçında qalib müəyyənləşməyib.“İstanbulspor” doğma meydanda “Hatayspor”a, “Kayserispor” isə “Konyaspor”a məğlub olub.
“Beşiktaş” - “Antalyaspor” matçı isə İstanbuldakı terror aktına görə təxirə salınıb.
14 turdan sonra 29 xala malik “Fənərbaxça” vahid liderdir. İkinci olan “Qalatasaray”ın 27 xalı varsa, “Adana Dəmirspor”, “Konyaspor” və “Başakşəhər” 24 xal toplayıb. “Kayserispor”la “Trabzonspor”un 23, “Beşiktaş”ın 22 xalı var.
Türkiyə Super Liqası
14-cü tur
11 noyabr
Alanyaspor – Adana Dəmirspor 0:0
Ankaragücü – Trabzonspor 1:1
Qol: T.Cigerci, 74-pen – Bardi, 70.
12 noyabr
Sivasspor – Ümraniyəspor 2:2
Qol: Yatabare, 32. Njie, 59 – Avunu, 27. Mrşiç, 83-pen.
Fənərbaxça – Girəsunspor 1:2
Qol: Valensiya, 19-pen – Sayns, 71; 83.
Başakşəhər – Qalatasaray 0:7
Qol: K.Aktürkoğlu, 14; 59; 85. İkardi, 45-pen. Ndayişimiye, 45+4-öz qapısına. Mertens, 65. A.Bardakçı, 88.
13 noyabr
Fatih Karagümrük – Qaziantep 3:3
Qol: Baniya, 32; 52. Kuassi, 69 – E.Ersoy, 13. Fiqeyredo, 20. Mekrel, 65.
İstanbulspor – Hatayspor 0:1
Qol: El Kaabi, 24.
Kayserispor – Konyaspor 1:2
Qol: Hosseini, 8 – Kalvo, 9. Diuf, 22-pen.
Beşiktaş – Antalyaspor matçı təxirə salınıb