UEFA Çempionlar Liqasında (ÇL) qrup mərhələsinə yekun vurulub

TRT Spor xəbər verir ki, 6-cı turun sonuncu oyun günündə E, F, G və H qruplarının görüşləri keçirilib.

1901424
UEFA Çempionlar Liqasında (ÇL) qrup mərhələsinə yekun vurulub

E qrupunda “Milan” doğma meydanda “Zalsburq”u sınağa çəkib. Meydan sahibləri qonaq etdikləri rəqiblərini darmadağın ediblər.

Zaqreb “Dinamo”su isə İngiltərədə 1/8 finala vəsiqəni daha əvvəl təmin etmiş “Çelsi”nin qonağı olub. Qrupdan çıxmaq şanslarını itirən Zaqreb təmsilçisi Avropa Liqasının pley-offuna düşmək üçün mütləq səfərdə qələbə qazanmalı, eyni zamanda "Zalsburq"un “Milan”a uduzmasını gözləmili idi. Qarşılaşmada hesabı Zaqreb təmsilçisi açsa da, London klubu əzmkar qələbə qazanmaqla Mahirin komandasını qrup sonuncusu sedib. Emreli bu görüşün 70-ci dəqiqəsində meydana buraxılıb.

F qrupunda əsas diqqət Donetsk “Şaxtyor”u ilə “Leypsiq” arasındakı görüşə yönəlmişdi. Növbəti mərhəyə adlamaq üçün Bundesliqa təmsilçisini heç-heçə də qane edirdi. Donetsk klubu isə ÇL-də mübarizəni davam etdirmək üçün rəqibini mütləq məğlub etməliydi. Əks halda “Şaxtyor yoluna Avropa Liqasında davam edəcəkdi. Belə də olub. “Leypsiq” Ukrayna təmsilçisini, qrupun digər matçında isə Madrid “Real”ı doğma meydanda “Seltik”i darmadağınla məğlub edib.

G qrupunda Dortmund “Borussiya”sı “Kopenhagen”lə, “Mançester Siti” isə “Sevilya” ilə qarşılaşıb.

Daha əvvəl İtaliyanın “Napoli” və “İnter”, İngiltərənin “Liverpul”, “Mançester Siti”, “Çelsi” və “Tottenhem”, Almaniyanın “Bavariya”, “Borussiya” (Dortmund) və “Ayntraxt” (Frankfurt), İspaniyanın “Real Madrid”, Fransanın PSJ, Belçikanın “Brügge”, Portuqaliyanın “Benfika” və “Portu” komandaları pley-offa vəsiqə qazanıblar.

UEFA Çempionlar Liqası
Qrup mərhələsi, 6-cı tur
2 noyabr

E qrupu

Çelsi (İngiltərə) - Dinamo (Zaqreb, Xorvatiya) 2:1
Qol: Sterlinq, 18. Zakaria, 30 – Petkoviç, 7.

Milan (İtaliya) - Zalsburq (Avstriya) 4:0
Qol: Jiru, 14; 57. Kruniç, 46. Messias, 90+1.

Xal: Çelsi – 13. Milan – 10. Zalsburq – 6. Dinamo – 4.

F qrupu

Real (İspaniya) - Seltik (Şotlandiya) 5:1
Qol: Modriç, 6-pen. Rodriqo, 21-pen. Asensio, 51. Vinisius, 61. Valverde, 71 – Jota, 84.

Şaxtyor (Donetsk, Ukrayna) - Leypsiq (Almaniya) 0:4
Qol: Nkunku, 10. A.Silva, 50. Soboslai, 62. Bondar, 68-öz qapısına.

Xal: Real – 13. Leypsiq – 12. Şaxtyor – 6. Seltik – 2.

G qrupu

Kopenhagen (Danimarka) - Borussiya (Dortmund, Almaniya) 1:1
Qol: Haraldsen, 41 – Hazard, 23.

Mançester Siti (İngilttərə) - Sevilya (İspaniya) 3:1
Qol: Luis, 52. Alvares, 73. Mahrez, 83 – Mir, 31.

Xal: Mançester Siti – 13. Borussiya – 9. Sevilya – 5. Kopenhagen – 3.

H qrupu

Yuventus (İtaliya) - PSJ (Fransa) 1:2
Qol: Bonuççi, 45+2 – Mbappe, 13. Mendes, 69.

Makkabi (Hayfa, İsrail) - Benfika (Portuqaliya) 1:6
Qol: Çeri, 26 – Ramos, 20. Musa, 59. Qrimaldo, 73. R.Silva, 73. Arauxo, 88. J.Mario, 90+2.

Xal: Benfika – 14. PSJ – 14. Yuventus – 3. Makkabi – 3.

 



Әlaqәli Xәbәrlәr