“Real Madrid” “Mançester Siti”ni finala buraxmadı

UEFA Çempionlar Liqasında ikinci finalçının adına aydınlıq gəlib.

1822124
“Real Madrid” “Mançester Siti”ni finala buraxmadı

TRT Spor xəbər verir ki, Madrid “Real”ı yarımfinal mərhələsinin cavab oyununda “Mançester Siti”ni qəbul edib.

“Santyaqo Bernabeu” stadionunda keçirilən matçın baş hakimi italiyalı Daniele Orsato olub.

Komandalar arasında Mançesterdə keçirilmiş ilk oyunda İngiltərə klubu 4:3 hesablı qələbə qazanmışdı. Bu oyunda da hesabı açan tərəf “şəhərlilər” olub.  Ancaqw Madrid təmsilçisi böyük əzmkarlıq göstərərək sonda 3:1 hesablı qələbə sayəsində finala yüksəlib.

“Real” finalda İngiltərənin “Liverpul” komandası ilə üz-üzə gələcək. Həlledici matç mayın 28-də Parisdə keçiriləcək.

UEFA Çempionlar Liqası Yarımfinalın cavab oyunu

4 may

Real (İspaniya) – Mançester Siti (İngiltərə) 3:1

Qol: Rodrqio, 90; 90+2. K.Benzema, 95-pen – R.Mahrez, 73.

Baş hakim: Daniele Orsato (İtaliya)

Madrid, “Santyaqo Bernabeu” stadionu.

İlk oyun – 3:4.

 



Әlaqәli Xәbәrlәr