FİFA və UEFA Rusiyanı bütün yarışlardan kənarlaşdırdı

FİFA və UEFA Rusiya klubları və yığmalarını bütün beynəlxalq yarışlardan kənarlaşdırıb.

1787510
FİFA və UEFA Rusiyanı bütün yarışlardan kənarlaşdırdı

TRT-nin  xəbərinə  görə  buna Rusiyanın Ukraynaya qarşı genişmiqyaslı hərbi müdaxiləsi səbəb göstərilib.

 Rusiya millisi DÇ-2022-nin pley-off mərhələsində oynaya bilməyəcək və bununla da Qətərdə təşkil olunacaq mundialı buraxacaq.

Eyni zamanda Moskva “Spartak”ı Avropa Liqasının 1/8 final mərhələsində Almaniya "Leypsiq"i ilə qarşılaşmalarda iştirak etməyəcək.



Әlaqәli Xәbәrlәr