“Liverpul” penaltilərlə kubokun sahibi oldu

Futbol üzrə İngiltərə Liqa Kubokunun final oyunu keçirilib.

1786655
“Liverpul” penaltilərlə kubokun sahibi oldu
Chelsea  Ukraine.JPG
Jordan Henderson  Ukraine.JPG
Chelsea v Liverpool.JPG
Chelsea v Liverpool - Wembley Stadium.JPG
Liverpool  Ukraine.JPG

TRT Sporun xəbərinə görə həlledici oyunda “Çelsi” və “Liverpul” komandaları üz-üzə gəlib.

Londondakı “Uembli” stadionunda baş tutan oyunun əsas və əlavə vaxtında qapılara qol vurulmayıb. Bu üzdən qalibi müəyyənləşdirmək üçün penalti seriyasına ehtiyac duyulub. 11 metrlik zərbələri daha dəqiq yerinə yetirən “Liverpul” kubokun qalibi olub – 11:10.

“Qırmızılar” 9-cu dəfədir İngiltərə Liqa Kubokunda qələbə sevinci yaşayır. Bununla da “Liverpul” turniri ən çox qazanan komandaya çevrilib. “Mançester Siti” 8 dəfə qalib olubsa, “Aston Villa”, “Mançester Yunayted” və bu dəfə finalda uduzan “Çelsi” hərəyə 5 dəfə Liqa Kubokunda çempionluq sevinci yaşayıb.

 



Әlaqәli Xәbәrlәr