Rusiya ilə Ukrayna arasındakı böhran futbola da öz təsirini göstərdi

UEFA Çempionlar Liqasının final matçına dair qərarından imtina edir.

1782689
Rusiya ilə Ukrayna arasındakı böhran futbola da öz təsirini göstərdi

TRT Sporun İngiltərə mətbuatına istinad etdiyi xəbərə görə, Rusiya ilə Ukrayna arasındaki böhran səbəbi ilə UEFA Çempionlar Liqasının final matçının St. Peterburq stadionunda keçirməsi fikrindən imtina edilə bilər.

Xəbərə görə, UEFA, Çempionlar Liqasının final qarşılaşmasının St. Peterburqda keçirilməsi fikrinə yenidən baxmaq qərarına gəlib.

Qeyd  edilir ki, UEFA  iki ölkə arasındaki böhranın ilk günlərindən bəri 2022-ci il Çempionlar Liqası Final qarşılaşması ilə əlaqəli alternativlər axtarmağa başlayıb.  



Әlaqәli Xәbәrlәr