“Fənərbaxça” Vitor Pereyra ilə yollarını ayırdı

“Fənərbaxça” klubu baş məşqçisi Vitor Pereyra ilə yollarını ayırıb.

1750245
“Fənərbaxça” Vitor Pereyra ilə yollarını ayırdı

TRT Spor  xəbər verir ki, bu barədə İstanbul təmsilçisinin rəsmi saytı məlumat yayıb.

Portuqaliyalı mütəxəssislə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib. İstefaya komandanın uğursuz çıxışı səbəb olub. Belə ki, Avropa Liqasında mübarizəni dayandıraraq Konfrans Liqasına düşən İstanbul təmsilçisi Türkiyə Super Liqasında da 17 turdan sonra 28 xalla 5-ci pillədə qərarlaşıb.

 Vitor Pereyra bu ilin iyulundan “Fənərbaxça”ya rəhbərlik edirdi. O, daha əvvəl 2015/16 mövsümündə də İstanbul nəhənginə başçılıq etmişdi.

 



Әlaqәli Xәbәrlәr