UEFA Çempionlar Liqasının qrup mərhələsində ikinci turun oyunlarına yekun vurulub

Sentyabrın 29-da UEFA Çempionlar Liqasının qrup mərhələsində ikinci turun oyunlarına yekun vurulub.

1712450
UEFA Çempionlar Liqasının qrup mərhələsində ikinci turun oyunlarına yekun vurulub

Sentyabrın 29-da UEFA Çempionlar Liqasının qrup mərhələsində ikinci turun oyunlarına yekun vurulub.

Gecənin ən maraq doğuran görüşü İtaliyada keçirilib. “Yuventus” öz meydanında turnirin son çempionu “Çelsi” komandasını qəbul edib. Görüş Turin təmsilçisinin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. 

Portuqaliyada isə, "Benfika" gözlənilmədən "Barselona"nı üç cavabsız qolla məğlubiyyətə uğradıb. Qeyd edək ki, Kataloniya təmsilçisi birinci turda eyni hesabla "Bavariya"ya məğlub olmuşdu.

Günün bütün görüşlərində aşağıdakı hesablar qeydə alınıb:

E qrupu

"Bavariya" (Almaniya) - "Dinamo" (Kiyev, Ukrayna) - 5:0;

"Benfika" (Portuqaliya) - "Barselona" (İspaniya) - 3:0.

Xal durumu: "Bavariya" - 6, "Benfika" - 4,

"Dinamo" - 1, "Barselona" - 0.

F qrupu

"Atalanta" (İtaliya) - "Yanq Boyz" (İsveçrə) - 1:0;

"Mançester Yunayted" (İngiltərə) - "Vilyarreal" (İspaniya) - 2:1.

Xal durumu: "Atalanta" - 4,"Mançester Yunayted" - 4, "Yanq Boyz" - 3, "Vilyarreal" - 1.

G qrupu

"Volfsburq" (Almaniya) - "Sevilya" (İspaniya) - 1:1.

"Zaltsburq" (Avstriya) - "Lill" (Fransa) - 2:1.

Xal durumu: "Zaltsburq" - 4, "Volfsburq" - 2,

"Sevilya" - 2, "Lill" - 1.

H qrupu

"Zenit" (Rusiya) - "Malmö" (İsveç) - 4:0;

"Yuventus" (İtaliya) - "Çelsi" (İngiltərə) - 1:0.

Xal durumu: "Yuventus" - 6, "Çelsi" - 3, "Zenit" - 3, "Malmö" - 0

Qeyd edək ki, qrup mərhələsində II turun digər 8 görüşü ötən gün oynanılıb.



Әlaqәli Xәbәrlәr