Eduardo Kamavinqa “Real Madridə” keçib

İspaniyanın “Real” klubu heyətini yeni futbolçu ilə gücləndirib.

1700785
Eduardo Kamavinqa “Real Madridə” keçib

TRT Spor xəbər verir ki, Madrid təmsilçisi Fransanın “Renn” komandasından yarımmüdafiəçi Eduardo Kamavinqanı transfer edib.

Bu barədə İspaniya klubunun rəsmi saytı məlumat yayıb. 18 yaşlı futbolçu ilə 6 illik müqavilə imzalanıb.

Xarici mətbuatın yazdığına görə, “Real” bu transferə görə təxminən 35 milyon avro ödəyəcək.

Eduardo Kamavinqa “Renn”in öz yetirməsidir. O, 2019-cu ildən bu klubun əsas komandasında çıxış edirdi. Gənc futbolçu sözügedən komandada bütövlükdə 88 matça çıxıb, 2 qol vurub, 5 məhsuldar ötürmə edib. Ötən ildən Fransa yığmasına da dəvət alan yarımmüdafiəçi, millidə keçirdiyi 3 matçda 1 qol vurub.



Әlaqәli Xәbәrlәr