“Sivasspor”-“Petrocub” qarşılaşması TRT ekranlarında olacaq

Sivasspor ikinci təsnifat mərhələsinin cavab görüşündə Moldova təmsilçisi “Petrocub” qəbul edəcək.

1681591
“Sivasspor”-“Petrocub” qarşılaşması TRT ekranlarında olacaq

2021-2022 mövsümündə UEFA-nın ilk dəfə təşkil etdiyi Avropa Konfrans Liqasında Türkiyəni təmsil edən Dəmir Qrup Sivasspor, ikinci təsnifat mərhələsinin cavab görüşündə Moldova təmsilçisi Petrocub ilə qarşılaşacaq.

Qarşılaşma sabah Türkiyə vaxtı ilə saat 20.00-da “Baxçaşehir Koleji Sivas 4 Eylül Stadionunda” oynanacaq. Sivasspor ilk oyununda “Petrocub”-u 1-0 məğlub etdi. TRT Spor kanalının ekranlarında olacaq qarşılaşmanı rus hakim Kirill Levnikov idarə edəcək.



Әlaqәli Xәbәrlәr