Bu ölkə Tokio Olimpiadasında iştirak etməyəcək

Koreya Xalq Demokratik Respublikası idmançılarını koronavirus epidemiyasından qorumaq üçün 2021-ci ilin yay fəslində Tokioda keçiriləcək Olimpiadada iştirak etməyəcək.

1615472
Bu ölkə Tokio Olimpiadasında iştirak etməyəcək

 Kyodo agentliyinin bu barədə yaydığı məlumata görə qərar Koreya Xalq Demokratik Respublikası Milli Olimpiya Komitəsinin iclasında qəbul edilib.

Qeyd edək ki, Tokioda Olimpiada 2020-ci il 24 iyul-9 avqust tarixlərində keçirilməli idi. Yarışlar koronavirus pandemiyası səbəbindən bir il müddətinə təxirə salınmışdı və bu ilin 23 iyul-8 avqust tarixlərində keçiriləcək.

 



Әlaqәli Xәbәrlәr