“Liverpul” və “PSJ” 1/4 finala vəsiqə qazanıb

UEFA Çempionlar Liqasında 1/8 final mərhələsinin daha 2 oyunu keçirilib.

1599409
“Liverpul” və “PSJ” 1/4 finala vəsiqə qazanıb

“Liverpul” və “Leypsiq” arasındakı qarşılaşma pandemiya səbəbindən yenə Macarıstanda baş tutub.

İlk görüşdə 2:0 hesablı qələbə qazanan ingilislərin növbəti mərhələyə yüksəlmək şansı daha çox dəyərləndirilirdi ki belə də oldu. Yenə inamlı qələbə qazanan "Liverpul" 1/4 finala yüksəlib. Qol: 71-ci dəqiqədə Salah, 74-cü dəqiqədə Mane,

Gecənin daha bir qarşılaşması Fransada keçirilib. İlk oyunda “Barselona”nı 4:1 hesabı ilə darmadağın edən PSJ 1/4 finala daha yaxın idi. Gözlənildiyi kimi, Paris təmsilçisi bu üstünlüyünü qoruyub və növbəti mərhələyə vəsiqə qazanıb.



Әlaqәli Xәbәrlәr