PSJ 10-cu dəfə Super Kubokun qalibi oldu

Futbol üzrə Fransa Super Kubokunun qalibi müəyyənləşib.

1563527
PSJ 10-cu dəfə Super Kubokun qalibi oldu

2020 Fransa Super Kubokunda Olimpik Marseli 2-1 məğlub edən Paris Saint-Germain (PSJ) kuboku qazanıb.

 Həlledici oyunda geridə qalan mövsümdə həm Liqa 1-in, həm də Fransa kubokunun qalibi olmuş PSJ ilə vitse-çempion Marsel “Olimpik”i üz-üzə gəlib.

 Paris təmsilçisi üç qolun qeydə alındığı qarşılaşmadan qələbə ilə ayrılıb. Nəticədə sözügedən komanda tarixində ardıcıl 8 və cəmdə isə 10-cu dəfə Super Kubokun qalibi olub. PSJ 2013-cü ildən bəri hər il bu mükafata sahib çıxır.

Fransa Super Kuboku

13 yanvar PSJ – Olimpik (Marsel) 2:1

 



Әlaqәli Xәbәrlәr