2018 FİFA Dünya Kuboku matçları TRT 1 və TRT 4K-dan birbaşa yayımlanır

2018 FİFA Dünya Kubokunda son 16 turu həyəcanı 30 iyun şənbə günü oynanılacaq 2 qarşılaşma ilə başlayacaq.

1002970
2018 FİFA Dünya Kuboku matçları TRT 1 və TRT 4K-dan birbaşa yayımlanır

   Qruplarını ilk iki sırada tamamlayaraq adlarını son 16 turuna yazdıran komandaların dörddəbir finalaqalma mübarizəsi dörd gün ərzində keçiriləcək oyunlarla davam edəcək.

  Turnirin iki iddialı komandası Fransa və Argentina ilk qarşılaşması Kazan stadionunda Türkiyə saatı ilə 17.00-da oynanılacaq.

 Günün digər mübarizəsində isə Uruqvay və Portuqaliya Fişt stadionunda Türkiyə saatıyla 21.00-da qarşı-qarşıya gələcək.

  Matçlar TRT 1 və TRT 4K-dan birbaşa yayımlanacaq.

  Turnirin son 16 turunda

  • Avropadan 10 - Portuqaliya, Fransa, Belçika, İspaniya, Rusiya, Xorvatiya, Danimarka, İsveç, İsveçrə, İngiltərə,
  • Latın Amerikasından 5 - Braziliya, Argentina, Uruqvay, Meksika, Kolumbiya,
  • Asiyadan 1 komanda - Yaponiya mübarizə aparacaq.

   Son 16 turdakı bütün qarşılaşmaların Türkiyə saatları ilə tarixləri belədir:

30 iyun, şənbə:

17.00 - Fransa-Argentina (Kazan stadionu)

21.00 - Uruqvay-Portuqaliya (Fişt stadionu)

1 iyul, bazar:

17.00 - İspaniya-Rusiya (Lujniki stadionu)

21.00 - Xorvatiya-Danimarka (Nijnı Novqorod stadionu)

2 iyul, bazar ertəsi:

17.00 - Braziliya-Meksika (Samara stadionu)

21.00 - Belçika-Yaponiya (Rostov stadionu)

3 iyul, çərşənbə axşamı

17.00 - İsveç-İsveçrə (Sankt Peterburq stadionu)

21.00 - Kolumbiya-İngiltərə (Spartak stadionu)



Әlaqәli Xәbәrlәr