Pentaqon: ''Yaxın Şərqdəki vəziyyəti yaxından izləyirik''

Pentaqonun sözçüsü Patrik Rayder Yaxın Şərqdəki son hadisələrlə bağlı jurnalistlərin suallarını cavablandırıb.

2126900
Pentaqon: ''Yaxın Şərqdəki vəziyyəti yaxından izləyirik''

ABŞ Müdafiə Nazirliyi (Pentaqon) Yaxın Şərqdəki vəziyyəti yaxından izlədiklərini açıqlayıb.
Pentaqonun sözçüsü Patrik Rayder Yaxın Şərqdəki son hadisələrlə bağlı jurnalistlərin suallarını cavablandırıb.
Bölgədə İran və İsrail arasında davam edən gərginlik və İranın İsrailə mümkün hücumu ilə bağlı sualı cavablandıran Patrik Rayder deyib: “Biz vəziyyəti  yaxından izləyirik''.
ABŞ-ın İsraillə sıx təmasda olduğunu deyən Patrik Ryder ABŞ-ın İran və onun vəkillərinin təhdidlərinə qarşı İsrailin təhlükəsizliyinə sadiqliyinin sarsılmaz olduğunu qeyd edib.
Patrik Rayder ABŞ müdafiə naziri Lloyd Ostinin israilli həmkarı Yoav Qallant ilə Yaxın Şərqdəki vəziyyəti müzakirə etdiyini və ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) komandanı general Maykl Erik Kurillanın da son prosesləri müzakirə etmək üçün İsrailə səfər etdiyini deyib.
Xatırladaq ki, İsrail aprelin 1-də İranın Dəməşqdəki səfirliyindəki konsulluq binasına hava hücumu təşkil edib.
Hücumda 2-si general olmaqla İran İnqilab Keşikçiləri Korpusunun 7 üzvü və 6 Suriya vətəndaşı həyatını itirib.



Әlaqәli Xәbәrlәr