Stefan Dujarrik: ''Qəzzaya humanitar yardım çatdıra bilmirik''

Birləşmiş Millətlər Təşkilatı (BMT) Rəfah və Kerem Əbu Səlim sərhəd-buraxılış məntəqələrinin bağlanmasından sonra Qəzzaya humanitar yardım çatdıra bilmədiklərini açıqlayıb.

2136725
Stefan Dujarrik: ''Qəzzaya humanitar yardım çatdıra bilmirik''

Birləşmiş Millətlər Təşkilatı (BMT) Rəfah və Kerem Əbu Səlim sərhəd-buraxılış məntəqələrinin bağlanmasından sonra Qəzzaya humanitar yardım çatdıra bilmədiklərini açıqlayıb.
BMT-nin sözçüsü Stefan Dujarrik keçirdiyi gündəlik mətbuat konfransında jurnalistlərə bəyanatlar verib.
Stefan Dujarrik  BMT-nin Humanitar Məsələlərin Əlaqələndirilməsi Ofisinin (OCHA) bölgədəki rəsmilərdən əldə etdiyi məlumata istinad edərək İsrail ordusunun “evakuasiya əmri”ndən sonra on minlərlə insanın Rəfahda məcburi köçkün vəziyyətinə düşdüyünü  qeyd edib.
Sözügedən insanların son 7 ayda dəfələrlə yurd-yuvalarından didərgin düşdüyünə diqqət çəkən Stefan Dujarrik deyib:"Qəzzadakı mülki əhalinin əsas ehtiyacları qarşılanmalıdır".
Rəfah və Kerem Əbu Səlim sərhəd-buraxılış məntəqələrinin bağlı olduğunu xatırladan Stefan Dujarrik deyib: "Bu bölgəyə humanitar yardım çatdıra bilməyəcəyimiz mənasına gəlir. Xəstəliklə mübarizə aparan 3 mindən çox uşağa çatdırmalı olduğumuz qida ehtiyatlarına da  çıxışımız yoxdur''.
 BMT-nin apardığı son sorğuya toxunan Stefan Dujarrik Qəzzada 700 min qadın və qız olduğunu var və onların gedəcək yerlərinin olmadığını bildirib.
Qadın və qızların 93 faizinin evlərində və sığınacaqlarında özlərini təhlükəsiz hiss etmədiklərini ifadə edən Stefan Dujarrik qadınların 80 faizinin depressiyaya düşdüyünü qeyd edib.
BMT-nin Humanitar Məsələlərin Əlaqələndirilməsi Ofisinin işğal olunmuş Fələstin ərazilərindəki humanitar məsələlər üzrə koordinatoru Andrea de Domeniko bildirib ki, İsrailin “evakuasiya əmri”ndən sonra hər saatda təxminən 200 ailə Rəfahı tərk edir.
Andrea de Domeniko Qəzzada uşaqların 7 aydır təhlükəsiz təhsil zonalarından məhrum olduğunu qeyd edib.
Birləşmiş Millətlər Təşkilatının Yaxın Şərqdəki Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə Agentliyi (UNRWA) dünən Rəfah şəhərinə ediləcək hücumun Qəzzadakı 50 min hamilə qadına mənfi təsir edəcəyini vurğulayıb.



Әlaqәli Xәbәrlәr