Roman Starovoyt:''Ukrayna Kursk vilayətinə hücum etdi''

Rusiyanın Kursk vilayətinin qubernatoru Roman Starovoyt Ukrayna ordusunun PUA ilə bölgəyə təşkil etdiyi hücum nəticəsində 3 nəfərin həyatını itirdiyini bildirib.

2126661

Telegram kanalında açıqlama verən Starovoyt bildirib ki, Ukrayna ordusu Kursk vilayətinin Apanasovka kəndinə PUA ilə hücum təşkil edib.
Starovoyt deyib: "Apanasovka kəndindəki mülki avtomobilə Ukraynaya məxsus PUA-dan partlayıcı qurğu atılıb. Təəssüf ki, avtomobildə olan ikisi uşaq olmaqla üç nəfər həyatını itirib. Ölənlərin ailələrinə başsağlığı verirəm". 
Aprelin 9-da Ukrayna ordusunun Bryansk vilayətinə təşkil etdiyi  hücum nəticəsində  2 nəfərin həyatını itirdiyi açıqlanıb.

Etiketlәr: #hücum , #Ukrayna , #Rusiya

Әlaqәli Xәbәrlәr