İsrail Erihaya giriş-çıxışları bağlayıb

İsrail ordusu İordan çayının qərb sahilindəki Eriha şəhərinə giriş-çıxışları bağlayaraq axtarış əməliyyatına başlayıb.

2121684
İsrail Erihaya giriş-çıxışları bağlayıb

İsrail ordusu İordan çayının qərb sahilindəki Eriha şəhərinə giriş-çıxışları bağlayaraq axtarış əməliyyatına başlayıb.

Şahidlərdən alınan məlumata görə, İsrail ordusu İordaniya vadisində avtomobillərin hərəkətinə qadağa qoyub və əsgərlərini bölgəyə yerləşdirib.

İsrail əsgərlərinin daha sonra əməliyyat keçirdiyi öyrənilib.

Hadisə ilə bağlı İsrail ordusundan verilən açıqlamada Erihanın Əl-Avca kəndi yaxınlığındakı ərazidə silahlı bir fələstinlinin maşınlara atəş açdığı iddia edilib.

Qeyd edək ki, İsrailin fövqəladə yardım xidməti Qızıl Davut Ulduzu səhər saatlarında İordan çayının qərb sahilinin İordan Vadisi bölgəsində baş verən silahlı hücumda 3 yəhudi köçkünün yaralandığını açıqlayıb.

Oktyabrın 7-dən etibarən İsrailin Qəzza zolağına hücumları, eləcə də İsrail ordusunun İordan çayının qərb sahilində fələstinliləri həbs etmə fəaliyyətləri və basqınları səbəbindən bölgədə gərginlik artmaqda davam edir.



Әlaqәli Xәbәrlәr