Entoni Blinken Çinə etdiyi səfəri qiymətləndirib

Entoni Blinken CNN International-a verdiyi müsahibə zamanı Çinə etdiyi səfəri qiymətləndirib.

2132701
Entoni Blinken Çinə etdiyi səfəri qiymətləndirib

Amerika Birləşmiş Ştatlarının dövlət katibi Entoni Blinken Çinin ABŞ-da keçiriləcək prezident seçkilərinə “təsir və müdaxilə” cəhdlərinə dair sübutlar olduğunu bildirib.
Entoni Blinken CNN International-a verdiyi müsahibə zamanı Çinə etdiyi səfəri qiymətləndirib.
Entoni Blinken Çinin seçkilərə müdaxiləsinin qəbuledilməz olduğunu və bunu diqqətlə araşdırdıqlarını vurğulayaraq deyib: "Mesajı yenidən almalarını istədim".
Entoni Blinken hər iki ölkənin fikir ayrılıqları mövzusunda son dərəcə açıq olduğunu və bunun mövcud rəqabətin münaqişəyə çevrilməsinin qarşısını almaq üçün çox vacib olduğunu bildirib.
Entoni Blinken həm Çin Xarici İşlər naziri Vanq Yi, həm də Çin dövlət başçısı Şi Cinpinə ABŞ prezidenti Co Bayden administrasiyasının Çinin Rusiyanın müdafiə sənayesinə verdiyi dəstəkdən narahat olduğu mesajını çatdırdığını söyləyib.


Etiketlәr: #ÇİN , #ABŞ , #Entoni Blinken

Әlaqәli Xәbәrlәr