Dmitro Kuleba: ''Rəcəb Tayyib Ərdoğan böyük aktyordur''

Ukraynanın xarici işlər naziri Dmitro Kuleba deyib: "Prezident Rəcəb Tayyib Ərdoğan böyük aktyordur. Ona təkcə bölgəmiz deyil, həm də dünya böyük hörmət bəsləyir''.

2121370

Polşanın paytaxtı Varşavada onlayn qaydada  keçirilən görüşdə Dmitro Kuleba jurnalistlərin suallarını cavablandırıb.
Jurnalistin  "Ukrayna və Rusiya danışıqlar masasına qayıtsa, bu proses 2022-ci ilin mart ayında olduğu kimi İstanbulda həyata keçirilə bilərmi?" şəklindəki sualını cavablandıran Dmitro Kuleba deyib: "İndiyə qədər Rusiya və Ukrayna tərəflərinin görüşünü yalnız Türkiye təşkil edə bilib. Bu, müharibənin birinci mərhələsində keçirilib".
2022-ci ilin fevralından bəri davam edən müharibənin sona çatmasına kömək etmək istəyən heç bir ölkəni rədd etmədiklərini vurğulayan Dmitro Kuleba deyib: "Prezident Rəcəb Tayyib Ərdoğan böyük bir aktyordur. Ona təkcə bölgəmiz deyil, həm də dünya böyük hörmət bəsləyir''.

Әlaqәli Xәbәrlәr