Miqrantlar üçün ən ölümcül il 2023-cü il olub

2014-2023-cü illər arasında dünya üzrə 62 min 285 qeyri-qanuni miqrantın öldüyü və ya itkin düşdüyü bildirildi.

2121030
Miqrantlar üçün ən ölümcül il 2023-cü il olub

2014-2023-cü illər arasında dünya üzrə 62 min 285 qeyri-qanuni miqrantın öldüyü və ya itkin düşdüyü bildirildi.

Mərkəzi qərargahı Cenevrədə yerləşən Beynəlxalq Miqrasiya Təşkilatının (IOM) illik hesabatında müvafiq tarixlərdə öldüyü və ya itkin düşdüyü düşünülən 62 min 285 qeyri-qanuni miqrantdan 28 min 854-nün Afrika və ya asiyalı olduğu, bu insanların Aralıq dənizini keçmək istəyərkən həyatını itirdiyi qeyd edilib.

Hesabatda adı çəkilən mühacirlərin üçdə birindən çoxunun Əfqanıstan, Birma, Suriya və Efiopiya kimi silahlı qarşıdurmaların olduğu ölkələrin vətəndaşları olduğuna diqqət çəkilib.

Hesabatdakı məlumatlar göstərir ki, son on ildə qeyri-qanuni miqrantlar üçün ən ölümcül il 2023-cü il olub.

Xüsusilə Aralıq dənizində ölənlərin sayındakı kəskin artım səbəbiylə keçən il 8 min 541 qeyri-qanuni miqrant həyatını itirib.



Әlaqәli Xәbәrlәr