Avropa İttifaqından Ukraynaya hərbi yardım

Avropa İttifaqı (Aİ) ölkələri Rusiya ilə 2 ildir müharibə aparan Ukraynaya verilməsi məqsədilə hərbi yardım fonduna 5 milyard avroluq dəstəyi təsdiqləyib.

2115202
Avropa İttifaqından Ukraynaya hərbi yardım

Avropa İttifaqı (Aİ) ölkələri Rusiya ilə 2 ildir müharibə aparan Ukraynaya verilməsi məqsədilə hərbi yardım fonduna 5 milyard avroluq dəstəyi təsdiqləyib.

Aİ-nin növbəti sədriliyini təhvil alan Belçikanın sosial mediada etdiyi paylaşımda “Avropa Sülh Fondu” adlı maliyyə fondunda islahat qərarının verildiyi bildirilib.

Məlumata görə, Aİ-yə üzv ölkələr islahatlar çərçivəsində Ukraynaya hərbi yardım üçün istifadə olunan fondun 5 milyard avro artırılmasına razılıq veriblər.

Məlumatda bildirilib ki, Aİ Ukraynaya daimi dəstək vermək və ölkənin özünü müdafiə etməsi üçün lazım olan hərbi texnikanı təmin etməkdə qərarlıdır.

Aİ-nin xarici əlaqələr və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Cozep Borrell "X" sosial media hesabında "Mesaj aydındır: Biz Ukraynanın qalib gəlməsini dəstəkləyəcəyik" paylaşımını edib.



Әlaqәli Xәbәrlәr