Annalena Berbok İsrailə çağırış etdi

Almaniyanın xarici işlər naziri Annalena Berbok İsraili beynəlxalq humanitar hüquqa hörmət etməyə və Fələstin mülki əhalisini daha yaxşı qorumaq üçün addımlar atmağa çağırıb.

2107865
Annalena Berbok İsrailə çağırış etdi

Almaniyanın xarici işlər naziri Annalena Berbok İsraili beynəlxalq humanitar hüquqa hörmət etməyə və Fələstin mülki əhalisini daha yaxşı qorumaq üçün addımlar atmağa çağırıb.

Cenevrədə Birləşmiş Millətlər Təşkilatının (BMT) İnsan Hüquqları Şurasında çıxış edən Annalena Berbok Qəzzada humanitar vəziyyətin son həftələr "fəlakətə" çevrildiyi barədə xəbərdarlıq edərək, İsrail hökumətini Beynəlxalq Ədalət Məhkəməsinin son qərarına əməl etməyə çağırıb. 
Annalena Berbok deyib:"Bütün digər ölkələr kimi, İsrailin də özünü müdafiə etmək hüququ var. Hər bir ölkə kimi, bunu beynəlxalq humanitar hüquq çərçivəsində etməlidir. Mənim kimi analar çarəsizlik içində münaqişələrdən qaçaraq ağlayan uşaqlarını arxalarında sürükləyirlər. Çox vaxt uşaqlar dağıntılar arasında ayaqyalın, ac və tək qalırlar. Bəzən bunların mənim qızlarım olduğunu xəyal edirəm. Bir çox dostlarımızla birlikdə humanitar atəşkəsə gətirib çıxaracaq humanitar pauza üçün yorulmadan çalışırıq. Mülki əhali qorunmalı və Qəzza xalqına daha çox yardım çatdırılmalıdır. Oktyabr ayından bəri bölgəyə etdiyim beş səfərdə bunu israilli tərəfdaşlarımıza demişəm”.

Şurada çıxış edən Braziliyanın insan hüquqları və əhali naziri Silvio Almeyda Şuranın irqçilik, cinsiyyətçilik, antisemitizm və İslamofobiyaya qarşı mövqe nümayüş etdirməli olduğunu bildirib.

Oktyabrın 7-dən bu yana 30 minə yaxın fələstinlinin ölümünə səbəb olan İsrailin qeyri-mütənasib güc tətbiqini ölkəsinin rədd etdiyini qeyd edən Silvio Almedia deyib: ''İsrail əksəriyyəti qadın və uşaq olmaqla Qəzza əhalisinin 80 faizindən çoxunu məcburi köçkün vəziyyətinə düşürdü və minlərlə fələstinli öldürüldü. Mülki əhalini elektrik enerjisindən, içməli sudan, qidadan və ilkin humanitar yardımdan məhrum etdi''.
Silvio Almeyda azad və müstəqil Fələstin dövlətinin qurulmasının sülh üçün vacib bir şərt olduğunu irəli sürərək İsrailin Fələstin torpaqlarını işğal etməsinin qeyri-qanuni olduğunu və bununla beynəlxalq qaydaları pozduğunu vurğulayıb.
Human Rights Watch təşkilatının hesabatına görə, keçən ay Beynəlxalq Məhkəmənin qərarına baxmayaraq İsrail Qəzzaya humanitar yardımın çatdırılmasına mane olur.
Hesabatda bu ifadələrə yer verilib:"Əslində İsrail hakimiyyəti son həftələrdə daha az yük maşınının Qəzzaya daxil olmasına icazə verir''.

Keçən ay Beynəlxalq Ədalət Məhkəməsi İsraildən öz qüvvələrinin Qəzzada soyqırım aktları törətməməsini təmin etməyi və fələstinli mülki şəxslərə humanitar yardımın çatdırılmasına  zəmanət verməsini istəyib.
İsrail ''Həmas''ın oktyabrın 7-də törətdiyi hücumdan sonra Qəzza zolağına hərbi hücuma başlayıb. Bombardmanlar nəticəsində 30 minə yaxın adam həlak olub, 70 mindən çox insan isə yaralanıb.
Rəsmi Təl-Əviv hücumlar zamanı təxminən 1200 israillinin öldüyünü açıqlayıb.  
''Həmas''ın əlində 130-dan çox israilli əsirin olduğu təxmin edilir.



Әlaqәli Xәbәrlәr