İsrail Livan sərhədində bəzi yolları mülki avtomobillərin hərəkətinə bağlayıb

İsrail ordusu Livan sərhədi yaxınlığında bəzi yolları mülki avtomobillərin hərəkəti üçün bağlayıb.

2104157
İsrail Livan sərhədində bəzi yolları mülki avtomobillərin hərəkətinə bağlayıb

İsrail ordusu Livan sərhədi yaxınlığında bəzi yolları mülki avtomobillərin hərəkəti üçün bağlayıb.

"Times of Israel" qəzetindəki xəbərdə İsrail ordusunun Livan sərhədi yaxınlığındakı bəzi yolların mülki avtomobillərin hərəkətinə bağlanması üçün göstəriş verdiyi bildirilib.

İsrail ordusunun bu qərarı oktyabrın 8-dən Livan sərhədində Hizbullah ilə davam edən qarşıdurmalara görə qəbul etdiyi vurğulanıb.

Qeyd edək ki, İsrail ordusu ilə Hizbullah Hərəkatı arasında baş verən qarşıdurmada 195 Hizbullah üzvü, 8 Əməl Hərəkatı üzvü, livanlı 31 mülki, 1-i əsgər əsgər, 2 Livan təhlükəsizlik işçisi, 6 İsrail vətəndaşı və 11 əsgər öldürülüb.



Әlaqәli Xәbәrlәr