İordan çayının qərb sahilində daha bir fələstinli öldürülüb

İsrail hərbçiləri işğal altındakı İordan çayının qərb sahilindəki Beytlehem şəhərində atəş açaraq bir fələstinlini öldürüb.

2100877
İordan çayının qərb sahilində daha bir fələstinli öldürülüb

İsrail hərbçiləri işğal altındakı İordan çayının qərb sahilindəki Beytlehem şəhərində atəş açaraq bir fələstinlini öldürüb.

Fələstin Qızıl Aypara Cəmiyyətindən verilən yazılı açıqlamada İsrail qüvvələrinin Beytlehemin qərbindəki Bettir qəsəbəsinin girişində 35 yaşlı Rami Rəşid əl-Bathanı sinə və qarın nahiyəsindən atəşə tutduğu bildirilib.

Açıqlamada vurulan fələstinlini xəstəxanaya aparmaq üçün hadisə yerinə Qızıl Aypara qruplarının gəldiyi, lakin İsrail qüvvələrinin buna mane olduğu qeyd edilib.

Təcili yardım maşınında ölən fələstinlinin cəsədinin hələ də İsrail qüvvələri tərəfindən saxlanıldığı bildirilib.

Bununla da İsrail ilə "Həmas" arasında qarşıdurmaların başladığı 7 oktyabrdan bəri işğal altındakı İordan çayının qərb sahili və Şərqi Qüdsdə İsrail qüvvələrinin və qeyri-qanuni yəhudi məskunlaşanların hücumları nəticəsində ölənlərin sayı 392-yə yüksəlib.



Әlaqәli Xәbәrlәr