Çilidə meşə yanğınları qurbanlarının sayı artmaqda davam edir

Çilinin Valparaiso regionunda baş verən meşə yanğınları nəticəsində azı 112 nəfər ölüb.

2097723
Çilidə meşə yanğınları qurbanlarının sayı artmaqda davam edir

Çilinin Valparaiso regionunda baş verən meşə yanğınları nəticəsində azı 112 nəfər ölüb.

BBC-nin məlumatına görə, Çili rəsmiləri Valparaiso şəhərində baş verən yanğınlarda həyatını itirənlərlə bağlı açıqlama verib.

Səlahiyyətlilər yanğınlarda ən azı 112 nəfərin həyatını itirdiyini, 3000-6000 evin zərər gördüyünü qeyd edib.

Prezident Qabriel Borik şərtləri nəzərə alaraq yanğınlarda həyatını itirənlərin sayının artacağını, həyatını itirənlər üçün bazar ertəsi və çərşənbə axşamı günlərinin ümummilli matəm günü elan edildiyini bildirib.

Çilinin Səhiyyə Nazirliyi də havar vəziyyətdə olduqlarını, xəstəxanaları təcili olmayan əməliyyatları təxirə salmağa çağırıb və səhra xəstəxanalarının yaradılacağını bildirib.

Daxili işlər naziri Karolina Toha xalqa müraciəti zamanı ölənlərin sayının arta biləcəyini bildirib.

Toha qeyd edib ki, yanğınla mübarizə üçün 1400 yanğınsöndürən, o cümlədən fövqəladə hallar xidməti və hərbi personal ayrılıb və yanğının baş vermə səbəbləri araşdırılır.

Çili səlahiyyətliləri yanğınlardan ən çox zərər çəkən bəzi bölgələrdə fövqəladə vəziyyətin əhatə dairəsinin genişləndirildiyi və bu yerlərə səyahətə qarşı xəbərdarlıq edildiyi barədə məlumat paylaşdı.

 



Әlaqәli Xәbәrlәr