İordaniyada ABŞ əsgərlərinə hücum olub, 3 əsgər ölüb

İordaniyada yerləşən ABŞ  qüvvələrinə qarşı pilotsuz uçuş aparatı (PUA) ilə həyata keçirilən hücumda 3 ABŞ əsgərinin öldüyü bildirilib.

2094446
İordaniyada ABŞ əsgərlərinə hücum olub, 3 əsgər ölüb

İordaniyada yerləşən ABŞ  qüvvələrinə qarşı pilotsuz uçuş aparatı (PUA) ilə həyata keçirilən hücumda 3 ABŞ əsgərinin öldüyü bildirilib.

ABŞ Prezidenti Co Bayden "İordaniyanın şimal-şərqində, Suriya sərhədi yaxınlığında yerləşən qüvvələrimizə pilotsuz təyyarənin hücumu nəticəsində 3 ABŞ əsgəri həlak olub və çoxlu sayda yaralı var" deyib. 

Hücumla bağlı hələ də məlumat topladıqlarını qeyd edən Bayden "Bunun Suriya və İraqda fəaliyyət göstərən İranın dəstəklədiyi radikal silahlı qruplar tərəfindən həyata keçirildiyini bilirik" deyə vurğulayıb.

Hücuma görə məsuliyyət daşıyanların ABŞ-ın seçdiyi vaxtda və şəkildə cavab verəcəklərini ifadə edən Bayden bu müharibədə mübarizəyə davam edəcəklərini qeyd edib.

ABŞ-ın müdafiə naziri Lloyd Ostin də “İranın dəstəklədiyi milislər ABŞ qüvvələrinə hücumlara görə məsuliyyət daşıyır və biz seçdiyimiz vaxt və yerdə cavab verəcəyik” deyib.

“ABŞ-ı, qoşunlarımızı və maraqlarımızı müdafiə etmək üçün bütün lazımi addımları atacağıq”, -deyə o qeyd edib.

Xatırladaq ki, ABŞ Mərkəzi Komandanlığından (CENTCOM) verilən yazılı açıqlamada İordaniyanın şimal-şərqində pilotsuz təyyarənin birtərəfli hücumu nəticəsində 3 ABŞ əsgərinin öldüyü, 34 əsgərin isə yaralandığı bildirilib.

Oktyabrın 7-də İsrail və Fələstin arasında münaqişə başlayandan bəri İraq və Suriyada ABŞ əsgərlərinin yerləşdiyi bazalara 150-dən çox hücum həyata keçirilib.



Әlaqәli Xәbәrlәr