Çin və Tailand arasında viza aradan qaldırıldı

Bu barədə Çin Xarici İşlər Nazirliyinin məlumatında deyilir ...

2094813
Çin və Tailand arasında viza aradan qaldırıldı

 

  Çin və Tailand arasında vizadan qarşılıqlı imtina barədə saziş imzalanıb. Saziş martın 1-dən qüvvəyə minəcək. Bu barədə Çin Xarici İşlər Nazirliyinin məlumatında deyilir.

  Martın 1-dən etibarən rəsmi və adi pasportlara malik ÇXR və Tailand vətəndaşlarına 30 günədək (180 gün ərzində 90 gündən çox olmamaq şərti ilə) bir-birlərinin ölkəsinə vizasız daxil olmaq və orada qalmaq icazəsi veriləcək.

  Lakin işləmək, təhsil almaq, yaşamaq və ya əvvəlcədən icazə tələb edən digər fəaliyyətləri həyata keçirmək üçün 30 gündən çox qalmaq istəyən vətəndaşlar əvvəlcədən müvafiq viza üçün müraciət etməli olacaqlar.



Әlaqәli Xәbәrlәr