“Mən prezident seçilən kimi bu müharibəni həll edəcəyəm”, D.Tramp

Nyu-Hempşirdə tərəfdarları qarşısında çıxış edərkən D.Tramp deyib ...

2091364
“Mən prezident seçilən kimi bu müharibəni həll edəcəyəm”, D.Tramp

 

  ABŞ-ın sabiq prezidenti Donald Tramp söz verib ki, payızda keçiriləcək prezident seçkilərində qalib gəlsə, Ukraynadakı münaqişənin sülh yolu ilə həllinə nail olacaq.

  TASS bildirir ki, yanvarın 20-də Nyu-Hempşirdə tərəfdarları qarşısında çıxış edərkən D.Tramp deyib: “Mən vəzifəyə başlamazdan əvvəl Rusiya və Ukrayna arasında olan bu dəhşətli müharibəni həll edəcəyəm”.

  Amma Tramp sülh yolu ilə nizamlanmaya nail olmaq üçün ona nə qədər vaxt lazım olacağını açıqlamayıb, həmçinin münaqişəni dəqiq necə həll etmək niyyətində olduğunu da söyləməyib. Sadəcə keçmiş ABŞ prezidenti onu bəyan edib ki, yenidən seçilərsə, Ukraynadakı münaqişəni 24 saat ərzində həll etmək niyyətindədir.

  Xatırladaq ki, ABŞ-da növbəti prezident seçkiləri 2024-cü ilin noyabrında keçiriləcək.



Әlaqәli Xәbәrlәr