Qəzza zolağında Hepatit A virusu yayılır

Qəzzada məcburi köçkün fələstinlilərin sıx olduğu ərazilərdə Hepatit A virusunun yayıldığı bildirilir.

2090369
Qəzza zolağında Hepatit A virusu yayılır

Qəzzada məcburi köçkün fələstinlilərin sıx olduğu ərazilərdə Hepatit A virusunun yayıldığı bildirilir.
Qəzza zolağının Səhiyyə Nazirliyi münaqişə nəticəsində didərgin düşmüş fələstinlilərin yaşadığı bölgələrdə sıxlıq və gigiyena şəraitinin pis olması səbəbindən Hepatit A virusunun yayıldığını açıqlayıb.
Nazirlikdən verilən ikinci açıqlamada isə lazımi materialların əldə oluna bilməməsi səbəbindən CBC (tam qan analizi) analizlərinin istənilən vaxt dayandırıla biləcəyi ilə bağlı xəbərdarlıq edilib.
İsrailin oktyabrın 7-dən bəri davam edən hücumları səbəbindən Qəzza zolağında məcburi köçkün vəziyyətinə düşən fələstinlilər çətin şərtlər altında yaşayır.
Səlahiyyətlilər epidemiyaların yayılma təhlükəsi barədə xəbərdarlıq edir.



Әlaqәli Xәbәrlәr