Kolumbiyada baş verәn torpaq sürüşmәsi nәticәsindә hәlak olanların sayı 39 nəfərə çatıb

Kolumbiyanın Çoko inzibati bölgəsində yanvarın 13-də magistral yolda baş verən torpaq sürüşməsi nəticəsində həyatını itirənlərin sayı 39-a yüksəlib.

2089261

Kolumbiyanın Milli Fəlakət Riskinin İdarə Edilməsi Xidmətinin (Ungrd) verdiyi məlumatda Quibdo-Medellin avtomobil yolunda baş verən təbii fəlakət nəticəsində ölənlərin sayının artdığı açıqlanıb.
Məlumatda həyatını itirənlərin sayının 39-a yüksəldiyi, itkin düşənlərin tapılması istiqamətində axtarış-xilasetmə əməliyyatların davam etdirildiyi bildirilib.
Yerli rəsmilərlə bölgəyə səfər edən prezident Qustavo Petro torpaq sürüşməsi nəticəsində həlak olanların ailələrinə başsağlığı verib.
Həlak olanların ailələrinə hər cür dəstəyi verəcəklərini ifadə edən Qustavo Petro təbii fəlakətə görə kədərləndiklərini qeyd edib.

Әlaqәli Xәbәrlәr